Modern.az xəbər verir ki, Azərbaycanın keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, buraxılış imtahanları 1-ci istiqamət üzrə iyunun 8-də, 2-ci istiqamət üzrə iyunun 13-də, 3-cü istiqamət üzrə iyunun 18-də , 4-cü istiqamət üzrə iyunun 24-də keçiriləcək. Eksternat buraxılış imtahanları isə iyunun 29-da olacaq.
Cari ilin məzunları üçün ali məktəblərə qəbul imtahanları I və IV qruplar üzrə iyulun 12-də, II və III qruplar üzrə qəbul imtahanı isə iyulun 20-də keçiriləcək.Qeyd edək ki, əvvəlki illərin məzunları üçün qəbul imtahanı II və III ixtisas qrupları üzrə mayın 11-də, I vəIV qruplar üzrə mayın 18-də baş tutacaq.
Rafiq Qənbərov