“Qüdrət Həsənquliyev partiya rəhbəridir və Azərbaycan siyasətində özünəməxsus yeri olan bir şəxsdir. Düşünürəm ki, onun yürütdüyü siyasət fərqli baxış sisteminə malikdir. Onun lazım gəldiyi halda Azərbaycanda Rusiya hərbi bazalarının yerləşdirilməsi təklifi indiyə kimi meydana çıxmamışdı”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc deyib. “Söhbət heç bir halda Rusiya və Ukrayna arasındakı bəlli davanın regional proseslərə və beynəlxalq münasibətlər sisteminə təsirindən getmir”.
“Azərbaycan hər hansı bir ölkənin bölgədə yerləşdirilməsi qərarını verərsə, bu halda qanunvericilikdə dəyişikliklər baş verməlidir. Bir çox qanunlarımızda bu qadağan edilib”.
R afiq Qənbərov