Modern.az

Musa Qasımlı papağı atılan polisin müdafiəsinə qalxdı

Musa Qasımlı papağı atılan polisin müdafiəsinə qalxdı

2 May 2014, 12:39


““Polis haqqında” qanuna əlavələr edilməsinə zərurət yaranıb. Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib. O bildirib ki, parlament polisin nüfuzdan düşməsinə imkan verməməlidir: “Dövlətimizin mühüm orqanı olan polisin son zamanlar alçaldılması və papağının ayaqlar altına atılması fikrimcə, ictimaiyyət tərəfindən şiddətlə qınanılmalıdır”.

Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunus bir neçə gün bundan öncə polislə mübahisə edən zaman polisin papağını başından çıxarıb yerə atıb.

Gültəkin Ələsgər

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama