Modern.az

Fəzail Ağamalı: “Başqa ölkələrin vətəndaşı olanlardan Azərbaycan pasportları alınmalıdır”

Fəzail Ağamalı: “Başqa ölkələrin vətəndaşı olanlardan Azərbaycan pasportları alınmalıdır”

2 May 2014, 12:48

“Başqa ölkələrin vətəndaşı olanlardan Azərbaycan pasportları alınmalıdır”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı bu gün keçirilən iclasda çıxışında deyib. O bildirib ki, Azərbaycanda erməni kəşfiyyatına işləyənlərin adları bəlli olub:  “Leyla Yunus anti-Azərbaycan qüvvələri və ermənilərlə birgə Azərbaycana qarşı mübarizə aparır. Necə olur ki, belə insanlara 5 illik viza verilir? Mən bütün millət vəkillərinə və ictimaiyyətə müraciət edirəm ki, bu məsələyə həssas yanaşsınlar. Mən bir millət vəkili olaraq Leyla Yunusun Azərbaycana qarşı ermənilərlə apardığı mübarizə haqqında dəfələrlə danışmışam. Artıq bu öz təsdiqini tapıb. Leyla Yunus erməni xüsusi xidmət orqanlarının təsiri altındadır. Erməni lobbisinin ayırdığı vəsaitlə Azərbaycana qarşı müxtəlif təxribatlar aparır”.

  Deputat sonda onu da bildirib ki, elə insanlar var başqa ölkənin vətəndaşıdır, lakin bu günə qədər Azərbaycan pasportunu daşıyır.   Gültəkin Ələsgər  
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama