Modern.az

Siyavuş Novruzov hakimləri tənqid etdi

Siyavuş Novruzov hakimləri tənqid etdi

2 May 2014, 13:54


Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov bəzi hakimləri tənqid edib. Modern.az-ın verdiyi xəbərə görə, deputat deyib ki, dövlət öz büdcəsindən hansısa bisavada və yaxud düzgün qərar verməyən birinə görə kimlərəsə vəsait ödəməməlidir: “Avropa məhkəmələrinin bizdə olan məhkəmələrə tutduğu iradlardan biri də bəzi məhkəmələrdə prosedur qaydalarının pozulması nəticəsində prosesləri qeyri-obyektiv hesab etmələridir. Bunun nəticəsi olaraq Azərbaycan dövləti, Azərbaycan vətəndaşının vergiləri, gəlirləri hesabına topladığı büdcədən həmin insana təzminat ödəyir. 15-30 min avro. Bir nəfər hakimin düzgün çıxarmadığı qərarı Azərbaycan dövləti öz büdcəsindən ödəməyə qadirdir. Fikrimcə, protokolda da göstərilib ki, məsuliyyət yerli məhkəmələrin üzərinə düşməlidir. Əgər bu məsuliyyət düşürsə və o düzgün qərar qəbul etməyəcəksə, həmin təzminat onun əmək haqqından, əmlakından tutulsun və ödənilsin. Nəyə görə dövlət öz büdcəsindən hansısa bisavada və yaxud düzgün qərar verməyən birinə görə kimlərəsə vəsait ödəməlidir? Hesab edirəm ki, bu məsələyə yanaşmanı bu cür qoymalıyıq”.

Gültəkin Ələsgər
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...