Belarus Avrasiya İqtisadi İttifaqına qoşulmaqdan imtina edir
Rəsmi Minsk mayın 29-da Astanada Avrasiya İqtisadi İttifaqının yaradılması ilə bağlı müqaviləni öz maraqlarına ziyan vuracaqsa, imzalamayacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib:
“Bu gün biz, bir daha qeyd edirəm, ilk növbədə Rusiya ilə bu məsələlər üzrə dialoq aparırıq. Bu məsələlər yaxın zamanda həll olunmalıdır, ona görə ki, iqtisadi ittifaqın yaraılması ilə bağlı mayın sonunda müqavilə imzalamalıyıq, bu səbəbdən bizi narahat edən suallar tezliklə gündəlikdən çıxarılmalıdır. Əks halda, biz iqtisadi ittifaqda bərabər olmayan şərtlərlə özümüzə ziyan gətirəcək addımı atmayacağıq”.
Bununla belə, Qazaxıstan hakimiyyəti artıq 2014-cü ildə Ümumdünya Ticarət Təşkilatına üzv olmağa ümid edir.
Avrasiya İqtisadi İttifaqının yaradılması ilə bağlı müqavilə 2014-cü il may ayında hazır olmalı və 2015-ci il yanvarın 1-dən Gömrük İttifaqı məkanında qüvvəyə minməlidir.
Modern.az