Amerikalı senatorların böyük bir qrupu Ukraynaya 100 milyon dollarlıq hərbi yardım göstərilməsi haqda qanun layihəsi hazırlayır. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu senator Con Makkeyn “İnter” televiziyasındakı çıxışında deyib. O qeyd edib ki, söhbət təkcə maliyyə yardımından getmir: “Biz istəyirik Rusiyanın aqressiyasına əks təsir göstərəcək vəsait verək və Putin başa düşsün ki, əgər Ukraynanın Şərqini, yaxud Cənubunu ələ keçirmək istəyərsə, bu ona necə başa gələcək”.
Buna görə Makkeyn deyib ki, hazırda ABŞ prezidenti Barak Obamanı Ukraynaya hərbi yardım göstərməyə inandırmağa çalışırıq.
Rusiyanın aqressiyasını davam etdirəcəyi təqdirdə atılacaq konkret addımlara gəldikdə, Makkeynin sözlərinə görə, bu halda Rusiya tamamilə təcrid olunmuş vəziyyətə salınacaq.
Modern.az