Modern.az

“Eurovision 2014”ün təntənəli açılışı oldu

“Eurovision 2014”ün təntənəli açılışı oldu

5 May 2014, 11:14

Mayın 4-də axşam Danimarkanın paytaxtı Kopenhagendə “Eurovisino 2014” beynəlxalq mahnı yarışmasının təntənəli açılışı olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səhnəyə əvvəlcə ötən il İsveçin Malmö şəhərində keçirilən yarışda “Only Teardrops” mahnısı ilə Danimarkanı təmsil edərək qalib gələn Emmili de Forest çıxıb. Bundan sonra builki müsabiqənin iştirakçısı olacaq 37 ölkənin iştirakçıları səhnədən təqdim olunublar.

Qeyd edək ki, səhnəyə sonuncu “Tick-Tock” mahnısı ilə Ukraynanı təmsil edəcək Mariya Yaremçuk çıxıb. Açılış mərasimində çıxış edən Kopenhagen şəhərinin meri Frank Yensen “Eurovision 2014”ün hamı üçün böyük bayrama çevriləcəyinə ümid etdiyini bildirib.

Builki yarışın yarımfinalları mayın 6-da və 8-də keçiriləcək. Final mayın 10-da olacaq. 

Azərbaycanı “Eurovision-2014” mahnı müsabiqəsində Dilarə Kazımova təmsil edəcək.



Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi