Modern.az

Qarşıdakı 3 gündə bizi necə hava gözləyir?

Qarşıdakı 3 gündə bizi necə hava gözləyir?

Ölkə

16 İyun 2010, 13:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 9-14 m/s olacaq, arabir 16-18 m/s təşkil edəcək. Havanın temperaturu gecə 22-24 dərəcə isti, gündüz 33-35 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək

İyunun 18-də hava şəraitinin buludlu olacağı, 17-dən 18-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, səhər və gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 9-14 m/s olacaq, arabir 16-18 m/s təşkil edəcək, yarımadanın bəzi yerlərində 20 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 20-23 dərəcə isti, gündüz 32-35 dərəcə isti təşkil edəcək.

İyunun 19-da hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin sürəti 9-14 m/s olacaq, arabir 18-20 m/s təşkil edəcək. Havanın temperaturu gecə 20-23 dərəcə isti, gündüz 32-34 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında

İyunun 17-də əsasən axşam və gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir 15-20 m/s-dək güclənəcək Havanın temperaturu gecə 21-25 dərəcə isti, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 24-27 dərəcə isti təşkil edəcək.

18-19 iyunda bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, 19-da gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyinin surəti 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 23-27 dərəcə isti təşkil edəcək.

Xəbərdarlıq

İyunun 16-da axşam qərb rayonlarından başlayaraq 19-dək əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Şimal-qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

 


 
Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI