İyunun əvvəllərində Rusiya prezidenti Vladimir Putin Fransaya səfər edəcək. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı anti-Hitler koalisiyasının Normandiya sahillərinə desant çıxarmasının 70 illiyi ilə bağlı tədbirlərə dəvət olunub. Tədbirlərdə ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel və Böyük Britaniya kraliçası II Yelizavetanın da iştirakı gözlənilir. Rusiya prezident Administrasiyasının məlumatına görə, ikitərəfli görüşləri razılaşdırmaq mümükün olmsa belə, Vladimir Putin, Angela Merkel və Barak Obama mərasimlər çərçivəsində siyasi müzakirələr apara biləcəklər. Normandiyaya desant çıxarılmaəməliyyatının 70 illiyi Ukraynada keçiriləcək prezident seçkilərindən sonra baş tutacaq.