Modern.az

Kəmaləddin Heydərovun hər iki yeni müavini elmlər namizədidir - DOSYE

Kəmaləddin Heydərovun hər iki yeni müavini elmlər namizədidir - DOSYE

6 May 2014, 22:03

Prezident İlham Əliyev mayın 5-də imzaladığı sərəncamlarla fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinlərinin sayını artırdı. İndiyədək 5 müavini olan fövqəladə hallar nazirinı bundan sonra Teymur Mehdiyev və Tapdıq Əmiraslanov da kömək edəcək.
Xatırladaq ki, Teymur Mehdiyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, Tapdıq Əmiraslanov isə millət vəkili, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğludur
Modern.az saytı Fövqəladə Hallar Nazirliyindən yeni müavinlərin qısa tər-cümeyi-halını əldə edib.

General-mayor rütbəli Teymur Ramiz oğlu Mehdiyev 20 iyun 1975-ci ildə Gürcüstan Respublikasının Suxumi şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq elmlər namizədidir.
Teymur Mehdiyev bu təyinatadək Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini vəzifəsini tutub. Daha öncə isə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.
Ailəlidir, 2 övladı var.

Nazirin digər yeni müavini Tapdıq Əhliman oğlu Əmiraslanov 7 fevral 1978-ci ildə Moskva şəhərində anadan olub. ABŞ-ın Hyuston Universitetini və St. Thomas Universitetini bitirib. T.Əmiraslanov iqtisad elmlər namizədidir.
Tapdıq Əmiraslanov bu təyinatadək fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müşaviri postunu tutub.
Ailəlidir, 2 övladı var. 

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi