Seksual qalmaqalla az qala ABŞ-ın keçmiş prezidenti Bill Klintonun impiçmentinə səbəb olacaq Ağ evdə o zaman təcrübə keçən Monika Levinski bir daha o günləri xatırlayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, indi 40 yaşı olan xanım Levinski (o vaxt yaşı 20-dən çox idi) o vaxt prezident Klintonla münasibətinin qarşılıqlı razılaşma əsasında olduğunu bildirib:
“Əlbəttə, mənim şefim məndən istifadə edib, ancaq əminliklə deyə bilərəm ki, bizim münasibətimiz qarşılıqlı razılaşma əsasında qurulmuşdu. Mənimlə prezident Klinton arasında baş verənlərə görə dərin təəssüf hissi keçirirəm”.
Ağ evin keçmiş əməkdaşı təsdiqləyir ki, Klintonun administrasiyası, prokurorluq və mətbuat ona biabırçı damğa vurublar, bu isə onun bütün gələcək həyatına təsir göstərib. 40 yaşlı Levinskinin sözlərinə görə, uzun müddət iş tapa bilməyib, şirkətlər adına görə onunla işləməkdən boyun qaçırıblar.