Modern.az

Qırçılar - İtmiş peşə FOTOLARDA

Qırçılar - İtmiş peşə FOTOLARDA

7 May 2014, 12:38

Bakının köhnə məhəllələrində ilin hər fəslində, ən çox da yayda qırçıları görmək olardı. Həyətlərdə iri tiyanlar qoyular, oduncaq tədarük edilər, tiyanlarda bişən isti qırın qoxusu ətrafa yayılardı. Uzun şüvüllərlə qazan qarışdıran qırçıların pisdən-pasdan qaralmış sifətlərindən balacalar adətən qorxardılar. Lap cəhənnəm əcinnələrinə oxşadıqları üçün. Onlara yaxın getməyə cəsarəti olan az adam tapılardı. Heç valideynlər də uşaqlarına yaxın getməyi tövsiyə etməz, balasını azca qorxusu-ürküsü olan işdən-peşədən mümkün qədər uzaq tutardı. Bu şişirtmə deyil, qırçılıq həqiqətən qorxulu peşə idi. Nahaq yerə demirlər ki, “Səni görüm qır qazanında yanasan!”

Modern.az-ın tapıntısı budur ki, ta çar Rusiyası zamanından nəşr olunan “Vokruq Sveta” jurnalında, demə, bakılı qırçılar haqda məqalə dərc olunubmuş. Paytaxtın qədim-qaim kəndlərindən biri olan Binəqədidə gördüklərini müşahidə etmiş rus jurnalistin yazdığını oxuduqda adam istər-istəməz köks ötürür. “Eh, hanı o zamanlar!?”

“Vokruq sveta”da təsadüfən aşkarladığımız bu fotolar artıq itmiş bir peşəyə rekviyemdir. Bəli, indi paytaxta damını qırlıyan kim qalıb ki? Bircə “Sovetski” məhəlləsi dururdu ki, onu da Şura hökuməti dövrünün son qozbel yadigarı kimi yavaş-yavaş tarixə gömürük. Qırçıları bizə xatırladacaq yeganə nəsnə isə deyəsən, yalnız “Şərikli çörək” filmi və o filmdəki dəhşətli səhnə olacaq – qırçı Məhəmmədin (aktyor Fazil Salayev) yanma səhnəsi!..

 

 
Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi