Modern.az

Elmlər Akademiyası prezidentləri haqda kitab nəşr olunub

Elmlər Akademiyası prezidentləri haqda kitab nəşr olunub

7 May 2014, 15:19



Modern.az
xəbər verir ki, Elmlər Akademiyasının prezidentlərinə həsr olunmuş yeni bir kitab nəşr olunub. “AMEA Prezidentləri. Şanlı yolun mərh ələləri” adlı kitabda 70 il ərzində Akademiyanın rəhbəri olmuş Azərbaycan alimlərinin həyatı və elmi fəaliyyəti əks olunub. Bununla bərabər, kitabda Azərbaycan Milli Elmlər Akademiyasının tarixi və başlıca mərhələlərinə dair unikal faktlar əksini tapıb.

1945-ci ildə yaradılan AMEA-nın Mir Əsədulla Mitrqasımovdan başlayaraq Mahmud Kərimova qədər neçə-neçə tanınmış ziyalının elmi salnaməsini AMEA- Rəyasət Heyəti yanında “Azərbaycanda elmi irsin toplanması və sistemləşdirilməsi” Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru Zemfira Hacıyeva qələmə alıb. Kitabın baş elmi məsləhətçisi Azərbaycan Milli Elmi Akademiyasının prezidenti, akademik Akif Ağa Mehdi oğlu Əlizadədir.  

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi