Prezident İlham Əliyev Tərtər rayonu İcra hakimiyyətinə yeni başçısı təyin edib.
Modern.az saytı xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Müstəqim Səyyad oğlu Məmmədov Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Müstəqim Məmmədov bu təyinatadək Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsini tuturdu.
Modern.az