Modern.az

Putin Ukrayna separatçılarını referendumu təxirə salmağa çağırdı

Putin Ukrayna separatçılarını referendumu təxirə salmağa çağırdı

7 May 2014, 22:55


Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində Rusiya tərəfdarı olan separatçıları bazar günü ölkənin bəzi vilayətlərinin statusu ilə bağlı keçirməyə hazırlaşdıqları referendumu təxirə salmağa çağırıb.
 
Moskvada ATƏT-in rotasiya üzrə prezidentliyini icra edən Didye Burkhalterlə görüşdən sonra Putin bu təkliflə Ukrayna hökuməti ilə dialoq üçün lazımı şəraitin hazırlanması məqsədilə çıxış etdiyini deyib.
 
Kreml sahibi Kiyev rəsmilərini böhrana görə günahlandırmaqla yanaşı, onları çevriliş yolu ilə hakimiyyəti ələ keçirməkdə və radikal sağçılar və millətçi elementləri tərksilah edə bilməməkdə ittiham edib. Rusiya prezidenti harada yaşamasından asılı olmayaraq Ukrayna vətəndaşlarının maraqlarının nəzərə alaraq, böhranın ən tez zamanda həll edilməli olduğunu deyib.
 
Xatırladaq ki, Ukraynanın şərqindəki Donetsk şəhərində Rusiyameyilli separatçılar vətəndaşları müstəqil “Donetsk Xalq Respublikası”nın yaradılması ilə bağlı fikrirlərini bildirmək üçün mayın 11-də referenduma çağırıb.
 
Özünü “Donetsk Xalq Respublikası” adlandırılan qurumun lideri Denos Puşilin “Röyters”ə Putinin təklifinin nəzərdən keçiriləcəyini deyib.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi