Modern.az

İslamı tənqid edən blogger 1000 şallaq cəzası aldı

İslamı tənqid edən blogger 1000 şallaq cəzası aldı

8 May 2014, 13:56

Səudiyyə Ərəbistanında məhkəmə müxalifətçi qəzetlərindən birinin redaktoru Raif Bədəvi 10 il həbs və 1000 qamçı zərbəsi ilə cəzalandırılıb. Modern.az “Amnesty İnternational” təşkilatına istinadən xəbər verir ki, “İslam dinin təhqir etməkdə ittiham olunan Bədəvi bundan əlavə 360 min dollar cərimə də ödəyəcək. Ərəb blogger atasının sözündən çıxmaqda da ittiham olunur. Səudiyyə Əərbistanında bu ciddi cinayət hesab olunur.  

Öz bloqunda professional jurnalist fəaliyyəti ilə məşğul olan Bədəvi dini məsələlərlə bağlı kral ailəsini tənqid edirdi. O hələ 2012-ci ildə bu ittihamlarla 7 il iş və 600 qamçı zərbəsi ilə cəzalandırılmışdı. Lakin ittiham tərəfi qərarı çox yumşaq hesab edib.  Səudiyyə Əərəbistanında kral ailəsinin üzvlərini tənqid etmək qanunla qadağandır. Beyənlxalq hüquq təşkilatları hesab edir ki, Səudiyyə Əərbistanı dini, sosial və siyasi fərqliliklə mübarizə aparır.

Vüqar İsmayılov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi