Modern.az

Gənc yazar Gulnar Əhməd ilk romanına təqdimat keçirəcək

Gənc yazar Gulnar Əhməd ilk romanına təqdimat keçirəcək

9 May 2014, 13:48

Mayın 17-də gənc yazar Gulnar Əhmədin "Xoşbəxt" romanının təqdimatı olacaq. Təqdimat "Park Bulvar" Baki mərkəzində yerləşən "Əli və Nino" kitab mağazasında saat 16:00-da bas tutacaq.
Qeyd edək ki, bu, Gulnar Əhmədin çap olunmuş ilk əsəridir. Əsərdə müəllif bir insanın yaşaya biləcəyi ən dərin psixoloji vəziyyətləri səlis şəkildə oxucularına çatdırır. Təqdimatda bir çox yazarların və kitabseverlərin istiraki gözlənilir. Təqdimatda həmçinin müəllif bütün alınan kitablari öz imzası ilə oxuculara təqdim edəcək.



Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi