Modern.az

Hacıbala Abutalıbovdan xəbərdarlıq: “Şəhərdəki qanunsuz parkinqlərin hamısı yığışdırılacaq”

Hacıbala Abutalıbovdan xəbərdarlıq: “Şəhərdəki qanunsuz parkinqlərin hamısı yığışdırılacaq”

10 May 2014, 12:45

 

“Dünyanın müxtəlif ölkələrindən, hətta Cənubi Afrika Respublikasından da güllər gətirilib. Ümumilikdə, 6 milyondan çox gül gətirilib. Xarici güllərlə yanaşı, burada Azərbaycanın güllərindən də istifadə olunub. 80 faizə yaxın pulsuz nümayiş olunub”. Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Gül bayramından danışarkən deyib.
H. Abutalıbov Bakı şəhərində yol kənarlarından yığışdırılan parkinqlərlə bağlı da münasibət bildirib: “Bu proseslə bağlı işlər gedir. Bakı şəhərində 8-ə yaxın parkinq avtomatları quraşdırılıb. Bu ilin sonuna kimi minə yaxın parkmanatlar quraşdırılıb istifadəyə veriləcək”. 

Rafiq Qənbərov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi