Modern.az

“Eurovision-2014”ün “üzqarası” - Kim neçənci yeri tutdu - TAM SİYAHI

“Eurovision-2014”ün “üzqarası” - Kim neçənci yeri tutdu - TAM SİYAHI

11 May 2014, 12:54


Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş “Eurovision-2014” mahnı müsabiqəsinin final konsertində Avstriyanın transseksual iştirakçısı Konçita Vurst (Conchita Wurst) Rise Like A Phoenix " (“Simurq quşu kimi yüksəl”) mahnısı ilə 290 xal toplayaraq 1-ci yerin sahibi oldu.

Modern.az-ın məlumatına görə, "Eurovision" yarışmasının 59-cu qalibinin transseksual olması Avropada birmənalı qarşılanmayıb. Hətta bəzi xarici KİV-lərdə Konçita Vürst “Eurovision-2014”ün “üzqarası” adlandırılıb.

"Saqqallı xanım" adlandırılan müğənni Konçita Vurst əvvəllər kişi musiqi qrupunun lideri Tom Noyvirt kimi tanınıb. Transseksual ifaçı sonralar özünə Konçita Vurst səhnə adı götürüb.

26 yaşlı Konçita Vurst 6 noyabr 1988-ci ildə Avstriyanın Qmunden şəhərində doğulub. 2006-cı ildə pop ifaçıların yarışlarına qatılıb və ikinci yeri tutub. 2007-ci ildə pop-rok "Jetzt anders" kişi qrupunu yaradıb. Bu qrupun fəaliyyəti bir neçə ay davam edib. 2011-ci ildə Moda məktəbini bitirib.

Modern.az saytı “Eurovision-2014” yarışmasında 26 ölkənin qazandığı xala görə sıralamanı təqdim edir:

1. Avstriya – 290 xal

2. Niderland – 238 xal

3. İsveç – 218 xal

4. Ermənistan – 174 xal

5. Macarıstan – 143 xaı

6. Ukrayna – 113 xal

7. Rusiya – 89 xal

8. Norveç – 88 xal

9. Danimarka – 74 xal

10. İspaniya – 74

11. Finlandiya – 72 xal

12. Rumıniya - 72

13. İsveçrə - 64

14. Polşa - 62

15. İslandiya - 58

16. Belarus - 43

17. Böyük Britaniya - 40

18. Almaniya – 39

19. Monteneqro- 37

20. Yunanıstan - 35

21. İtaliya - 33

22. Azərbaycan - 33

23. Malta - 32

24. San Marino - 14

25. Sloveniya - 9

26. Fransa - 2

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi