Fransa Senatının deputatı, Fransa-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvü Natali Qulenin Modern.az saytına verdiyi eksklüziv müsahibəsini təqdim edirik.
- Sizin Azərbaycan-Fransa əlaqələrinin inkişafında xüsusi rol oynayan bir şəxs olduğunuzu bilirik. Hazırda iki ölkə arasında parlamentlərarası əlaqələrin səviyyəsi necədir? Bu əlaqələrin inkişaf perspektivləri nədən ibarətdir?
- Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupu uzun müddətdir mövcuddur. Mənim xoşladığım bir ifadə var: “Məhəbbət yoxdur, onu göstərən dəlillər və subutlar var”. Azərbaycanın həqiqi dostlara böyük ehtiyacı var. Elə dostlara ki, onlar gəlib bu ölkəyə sadəcə turist kimi gəlmirlər, həqiqətən ölkəyə kömək edirlər. Mənə elə gəlir ki, ümumiyyətlə, 21-ci əsr yeni parlamentlərarası münasibətlər tələb edir. Fransa prezidenti cənab Fransua Ollandın Bakıya səfərində onunla gələcək nümayəndə heyəti arasında Fransa-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Andre Düpon da var. O uzun müddətdir ki, dostluq qrupunun rəhbəridir. Əlaqələrimizin daha sıx ola biləcəyini və daha çox işlərin görülə biləcəyini mən onun da diqqətinə dəfələrlə çatdırmışam. Ona görə deyərdim ki, bu münasibətlərin inkişafında insan amili də böyük rol oynayır. Amma qeyd edim ki, cənab Düpon sentyabr ayında təqaüdə çıxır. Fransa- Azərbaycan Parlamentlərarası dostluq qrupuna yeni rəhbər seçiləcək.
Daha bir yeniliyi də sizə bildirmək istəyir: ötən həftə Parisdə parlamentlərarası dostluq qrupu ilə paralel olaraq “Azərbaycanın Dostları” qrupu da yaranıb. Qrupun sədri cənab Jan Fransua Manseldir. O, Azərbaycanda 2-3 dəfə olub. Xüsusi vurğulamaq istərdim ki, cənab Mansel Senatda “erməni soyqırımı” ilə bağlı qanunun qəbul edilməsinin əleyhinə imza atan deputatlardandır. Mən isə bu qrupun vitse-prezidentiyəm. Bu qrupda Senatın deputatları və Fransanın yüksək vəzifəli məmurları cəmləşib. Yaradılan yeni qurum Parlamentlərarası dostluq qrupundan və səfirlikdən kənar tamam başqa istiqamətdə müstəqil fəaliyyət göstərəcək. Qrupun rəhbəri cənab Mansel də prezident Olllandı müşayət edəcək nümayəndə heyətinin tərkibində Bakıya gəlir.
Bizim Heydər Əliyev Fondu ilə bağlı çox yüksək səviyyədə əməkdaşlığımız var. Fransa Senatında və ya digər Avropa qurumlarında, beynəlxalq təşkilatlarda hər dəfə Azərbaycanla bağlı məsələ müzakirə olunanda mən məhz Azərbaycanı maraqlandıran mövzulardan bəhs edirəm. Ötən həftə mən Vaşinqtonda ABŞ-Azərbaycan dostluq qruplarının birgə kollukvumunda iştirak etdm. Orada sizing deputatlar Asim Mollazadə, Səməd Seyidov və eyni zamanda Amerikanın bir çox senatorları iştirak edirdi. Oradakı iştirakçılar çox nikbin görünürdülər. Senatorların hamısı Azərbaycanın çox vacib ölkə, ABŞ-ın və Qərbin çox güclü müttəfiqi olduğunu deyirdilər. Vurğulanırdı ki, BMT-də Ukrayna məsələsinin müzakirəsi zamanı Azərbaycan Qərbin mövqeyini dəstəkləyib və bu məsələni Ermənistanla müqayisə edirdilər. Azərbaycan Avropanın enerji təhlükəsizliyinni təmin edilməsi üçün də çox vacib ölkədir. Həmçinin ölkənizin tolerant olmasının mühümlüyü də vurğulandı. Bütün bunlar dəfələrə vurğulanıb. Burada yeganə yeni olan Azərbaycanın Ukrayna məsələləri ilə bağlı necə səs verməsi idi.. Hamı çıxış edib qurtardıqdan sonra mən bir sual verdim. Dedim ki, “cənablar, məhəbbətin dəlilləri olmalıdır. Əgər siz doğurdan da Azərbaycanın mühüm bir müttəfiq olduğunu bəyan edirsinizsə, o zaman Minsk Qrupunun fəlaiyyət göstərməsi üçün onu nə zaman silkələyəcəksiniz?”. Belə hallarda biz bütün dövlətlərin təmsilçilərini artıq hərəkətə keçməyə və onların diqqətini çoxdan uzanan Qarabağ münaqişəsinin həllinə dəfələrlə cəlb etməliyik və bunu daim edəcəyik.
Deyə bilərəm ki, görülən işlər çox yaxşıdır. Müəyyən məsələlər var ki, onların üzərində çox işləyirik. Azərbaycanın Fransadakı səfiri cənab Əmirbəyov Parisdə işləməyə başlayanda parlamentə gəldi və bizim iş tərzimizin şahidi oldu. Qeyd edim ki, parlamentlərarası münasibətlərdə vacib olan əlaqələrin daimiliyidir. Əlaqələr gərək bir an belə diqqətdən kənarda qalmasın.
- Fransa Avropanın siyasi prosesləri idarə edəcək qərarlar qəbul edən nufuzlu dövlətlərindəndir. Parisdən baxdıqda Azərbaycan MDB ölkələri arasında necə görünür?
- Bu sahədə böyük problemlər var. Xüsusi ilə Fransa mətbuatında Azərbaycanla bağlı o qədər də müsbət fikirlər yazılmır. Bir sıra beynəlxalq təşkilatlar- “Transpernsi İnterneşnil”-Beynəlxalq Şəffaflıq Təşkilatı” və “Human Rayts Votç” qurumları Azərbaycan haqqında çox mənfi hesabatlar təqdim edir. İnsanlar isə onların cəmiyyətə təqdim etdiyi Hesabatlara baxırlar.
Bir məsələni xüsusi olaraq qeyd etmək istərdim ki, bəzən Azərbaycan haqqında verilən informasiyaları jurnalistlər heç yoxlamırlar. Nəticədə ölkə barədə yanlış təsəvvür formalaşır.
Ötən həftə Fransa qəzetlərinin birində Azərbaycanla bağlı çox sərt bir məqalə dərc olunmuşdu. Mən həmin məqaləni yazan jurnalistə zəng vurdum və 1 saat onunla danışdım. Belə məlum oldu ki, həmin jurnalist Azərbaycan barədə o qədər də məlumatlı deyil. Ona dedim ki, “Azərbaycan çox gənc bir ölkədir. Ərazi bütövlüyu pozulub. Ermənistanla müharibə vəziyyətindədir. 1 milyon qaçqını var. Buna baxmayaraq ölkə özünün iqtisadi inkişafı ilə çox cəlbedici məkana çevrilə bilib. Ölkəyə investisiya qoyuluşu üçün çox işlər görülüb. Odur ki, İsrail- Fələstin münaqişəsi ilə paralel aparıb insan hüquqları probelmlərindən çıxış etmək düz deyil”.
- Bu kimi halları aradan qaldırmaq üçün nə etmək olar?
- Hesab edirəm ki, Azərbaycanın apardığı “mədəniyyət diplomatiyası” bu baxımdan həqiqətləri üzə çıxarmaq və balans yaratmaq üçün çox vacibdir.
Azərbaycanın coğrafi mövqeyi də çox həssasdır. Buna xüsusi diqqət vermək lazımdır. Bir tərəfdə Rusiya, digər tərəfdən İran. Ölkəniz bu dövlətlərin arasında yerləşir. Buna baxmayaraq cəmiyyətdə sabitlyin təmin olunması və dini eksrimizmin burada intişar tapmaması doğurdan da təqdirəlayiqdir. Eyni zamanda Azərbaycanda görülücək çoxlu işlər var və bununla bağlı lazımi proseslər aparılır. Mən Azərbaycanı uzun müddətdir tanıyıram. Ölkədə gedən inkişafı yaxından izləyə bilirəm.
- Azərbaycan Fransanın siyasi, mədəni, işgüzar elitası ilə əməkdaşlıq edir və münasibətlərin inkişafı üçün ciddi addımlar atır. Bəs fransızların ictimai rəyində Azərbaycanın mövqeyi, onun uğurları necə qiymətləndilrilr? Bu baxımdan nələri etmək vacibdir?
- Qeyd etdiyim kimi, bu sahədə işlər artıq çoxdan başlanıb. Müəyyən işlər görülüb. Lakin unutmaq lazım deyil ki, Azərbaycan çox kiçik bir ölkədir. Fransada sizin diaspor da o qədər geniş deyil.
Amma bütün bunlara rəğmən Azərbaycan iqtidarının Fransa ilə münasibətlərindən savayı mədəni platformada aparılan işlər böyük əhəmiyyət daşıyır. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın apardığı “mədəniyyət diplomatiyası” həqiqətən çox vacib olan amildir. Xalqlar bir-birilərini malik olduqları mədəniyyət töhfələri ilə daha yaxşı tanıyır və belə mədəni diplomatiya fransız ictimai rəyində Azərbaycanın daha dolğun və müsbət imcinin tanınmasında vacib amildir. Digər tərəfdən ölkədə turizmin inkişafı, iki ölkə arasında təhsil proqramları, tələbə mübadiləsi-bütün bunlar ölkənizi tanıtmaqda öz töhfələrini verir. Azərbaycanın bu baxımdan problemi yoxdur. Prezident İlham Əliyevin apardığı siyasətdə nəyi isə dəyişməyi təklif etmək artıqdır. Aparılan siyasət həqiqətn çox uğurludur. Mən 15 il əvvəl də Azərbaycanda olmuşdum. Fikrimcə, ölkənin inkişafı da göz qabağındadır.
- Fransa nufuzlu dövlət olaraq siyasi prosesləri idarə etmək üçün güclü siyasi və iqtisadi rıçaqlara malikdir. Fransa siyasi elitası müəyyən məsələrəi tənzimləmək üçün bu rıçaqlardan istifadə edir. Bu baxımdan Azərbaycana yönəlik siyasətin formalaşdırılmasında fransız siyasi bomondunun mövqeyi necədir?
- Senatda mənim daxil olduğum Xarici əlaqələr komisisyasının tərkibində Afrika ilə bağlı, Məğriblə bağlı, Cənub-Şərqi Asiya ilə bağlı işçi qrup var. Mən onlardan xahiş etmişəm ki, Qafqazla bağlı da xüsusi işçi qrup yaradılsın. Ancaq etiraf edim ki, beynəlxlq siyasətdə bu gün Qafqaz elə də prioritet deyil.
-Bu nə ilə bağlıdır? Axı Fransa və Avropanın digər iri dövlətləri həmişə Qafqazın, o cümlədən Azərbaycanın Avropanın təhlükəsizliyində mühüm rol oynayan tərəfdaş ölkə saydıqlarını elan edirlər.
- Dediyim kimi, “məhəbbət yoxdur, məhəbbəti göstərən dəlillər var”. Bilisinizmi, müqavilə başqa, siyasət isə bir başqa məsələdir. Ölkənin hansı dərəcədə qəbul olunması isə tamam başqa şeydir. Son 15 il ərzində dünya bir çox problemlərin şahidi oldu: “Əl Qaidə”, Yaxın Şərqdə müharibə.. Dünya dəyişir, ancaq Qafqaz olduğu kimi qalır. Qafqaz beyinlərdə dondurulmuş bir yer kimi qalıb.
Amma Qafqazda və Azərbaycanda 15 il əvvəlkindən çox fərqli , müqayisəedilməz dəyişiklikər var. bunu bütün dünyada siyasi esteblişmentlərin bilməsi lazımdır.
- Fransanın eks-prezidenti Jak Şirakın 14 il əvvəl Azərbaycana planlaşdırılan səfəri baş tutmadı. Səbəb olaraq Azərbaycan və Ermənistan arasında olan gərgin münasibətlər göstərildi. Bir neçə il əvvəl Azərbaycana gələn prezident Sarkozi isə cəmi 2-3 saatını Bakıda keçirdi. Prezident Olland isə geniş nümayəndə heyəti ilə gəlir və bir gün burada qalacaq. Bu səfərlər rezüme olunsa demək olarmı ki, artıq Parisdə Azərbaycanla bağlı siyasətdə yeniliklər müşahidə olunur?
- Təhliliniz maraqlıdır. Qeyd edim ki, Ukraynada baş verən son proseslər Avropa üçün tamam yeni prioritetləri diqtə etməyə başlayıb. Ukrayna hadisələrinə qədər isə tamam ayrı prioritetlər var idi. İndi açıq görməkmək olar ki, Ukrayna hadisələrindən sonra, Cənubi Qafqaz mövzusu Avropanın gündəminə gəlir.
Bu çox vacibdir ki, prezident Olland Azərbaycanla Ermənistana eyni münasibət sərgiləyir. Prezidentin səfər protokolu bu baxımdan balanslıdır. Bu Fransanın əvvəlki mövqeyi ilə müqayisədə çox böyük irəliləyişdir.
- Amma siyasi icmalçılar arasında bu regionun Rusiyaya güzəşətə gediləcəyi ilə bağlı da mövqelər var…
- Məncə, belə yanaşma qətiyyən düz deyil. Qafqaz Rusiyaya deyil, elə Qafqaza məxsusdur.
- Fransa ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Azərbaycan rəsmi Parisin Dağlıq Qarabağda ədalətli sülhün bərpa edəcəyinə inanaraq, onu vasitəçi olaraq qəbul edib. Fransa dövlətinin mövqeyi Qarabağ məsələsinn həlli üçün nə dərəcədə həlledicidir?
-Bu gün bir məsələ aydındır ki, Qarabağ münaqişəsinin həllini bu günə qədər blokadaya salan Rusiyadır. Ancaq, fikrimcə, Ukrayna böhranı Qarabağ münqaiəsində bəzi şeyləri blokadadan çıxara bilər və münaqişənin həlli üçün müəyyən irəliləyişə yeni imkanlar yarana bilər. Ukrayna məsələsinin nizamnlanması qlobal danışıqlar çərçivəsində aparılır. Görünən odur ki, Rusiya diplomatik danışıqlar stolunu tərk etmək istəmir. Bəlkə də indi danışıqlarda irəliləyişə nail olmaq üçün münasib zamandır. Bütün bu problemin həlli isə siyasi iradədən asılıdır.
-Bu fonda cənab Ollandən səfərindən hər hansı irəliliyişlər gözləmək olarmı?
- İlk növbədə Azərbaycana etimad artacaq. Cənab Olland Azərbaycanda olmayıb. Bu səfərində Fransa prezidenti Azərbaycandakı inkişafı canlı olarq müşahidə edəcək. Mən hər dəfə Azərbaycandan danışanda Dağlıq Qarabağ münaqişəsini xatırladıram. Mən daha sonra cənab Ollandla Ermənistana yola düşəcəyəm. Məncə, “boş stul” siyasəti heç də uğurlu siyasət olmaz. Bu ola bilsin ki, mənim Ermənistana ilk və son gedişim olacaq. Ora bir daha getməyəcəyəm. Hər halda oradakı yanaşmanı da cənab Ollandın özünün şəxsən eşitməsi münaqişə haqqında və onun gələcəyi haqqında müəyyən fikirlər formalaşdıra bilər.
- Fransa cəmiyyəti daha çox ermənipərəst mövqeyi ilə tanınır. Bu baxımdan sizin Azərbaycanı müdafiə etməyiniz hansısa təzyiqlərə səbəb olmur ki?
- İlk növbədə qeyd edim ki, fransızlar coğrafiyanı o qədər də yaxşı bilmirlər. İkincisi, Fransada çox böyük erməni diasporu var. Əgər söhbət əsl fransızlardan gedirsə, o zaman onlar Azərbaycan və Ermənistanın harada olduğunu belə bilmirəlr. Bu gün Fransanın xeyli problemləri var. Fransızların başı öz probeləmlərinin həllinə qarışıb. Onlar məxsusi olaraq bu problemlərlə maraqlanmırlar.
- Bəzi nufuzulu beynəlxalq ekspertlər belə fikir yürüdürlər ki, dünyanın böyük gücləri Qafqaz və bu kimi digər regionlardakı siyasi problemləri öz aralarında həll edirlər, bu barədə kiçik ölkələrin özlərinin xəbəri olmur...
- Bu dünyada hərş şey mümkündür. Dünya o qədər sürətlə dəyişiir ki, dünənki komprmis bu gün heç nəyə yaramır. 11 sentyabr 2001-ci ildə saat 9-da olan dünya ilə saat 12-də olan dünya artıq eyni deyil. Dünya tez dəyişir. Nigeriyada 200 qız uşağını terrorçular oğurlayıb. Bu gün bütün dünya onu müzakirə edir. Bu artıq Nigeriyaya olan münasibəti dəyişib. Halbuki, buna qədər orda nə qədər dini müstəvidə savaşlar, daxili qarşıdurmalar gedirdi, heç kim ona fikir vermirdi. Böyük faciə ondan ibarətdir ki, bu günkü aktuallıq qəfil partlayışlarla şərtlənir.
- Fransa-Azərbaycan əlaqələrindəki fəaliyyətinzə görə, siz Heydər Əliyev Fondunun Beynəlxaq mükafatına layiq görülmüsünüz. Bu mükafat ölkəmizə dost olan insanların fəaliyyətinə verilən qiymət hesab olunur. Bu təqdimatı necə qiymətləndirirsiniz?
- Bu mükafata təqdim edilməyim məni həyəcanlandırdı. Bu mənə 10 il ərzində iki ölkə arasında münasibətlərin inkişafında göstərdiyim fəaliyyətə görə verilib. Bu mükafat mənim üçün çox şərəflidir və mən onu böyük məmuniyyətlə və minnətdarlıqla qəbul edirəm. Azərbaycan mənə doğma bir ölkədir. Bayaq demişdim, məhəbbət sözdə olmur, onu göstərən sübut-dəlillər olmalıdır. Mən həqiqətən Azərbaycanın uğurlarına ürəkdən sevinirəm və bu uğurların artması üçün mən də hər bir Azərbaycanlı kimi əlimdən gələni edəcəyəm.
Xaqani SƏFƏROĞLU