Modern.az

Hakan Şükürdən Ərdoğana sərt cavab

Hakan Şükürdən Ərdoğana sərt cavab

12 May 2014, 13:57



Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından istefa verən Hakan Şükür baş nazir Rəcəb Tayyib Ərdoğanın partiyasının yığıncağındakı çıxışında Camaata yönəlik istifadə etdiyi “Paralel quruluşla mübarizənin bir cadugər ovuna çevrilməsini ikidə bir danışırlar. Bu ölkəyə xəyanət edənlərin vəzifələrini dəyişdirmək cadugər ovudursa, biz bu cadugər ovunu edəcəyik, bunu da bilin” sözlərinə Twitter-dən cavab verib.

  Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hakan Şükür öz Twitter hesabında yazıb: “Analar günündə, bu ölkənin övladlarına cadugər ovu edəcəyik təhdidi. Anaları ağladan islah olmaz”. 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi