Modern.az

Avropa İttifaqı rus məmurlara qarşı yeni sanksiya siyahısını açıqladı

Avropa İttifaqı rus məmurlara qarşı yeni sanksiya siyahısını açıqladı

13 May 2014, 10:05



Mayın 12-də Brüsseldə Avropa İttifaqına üzv olan 28 ölkənin xarici işlər nazirləri səviyyəsində Rusiyanın Ukraynadakı hadisələrə müdaxiləsi ilə bağlı tətbiq olunan yeni sanksiya siyahısı açıqlanıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, beləliklə 13 nəfərin əlavə olunduğu yeni siyahı ilə sanksiya tətbiq olunan məmurların sayı 61-ə çatıb. Yeni siyahıdakılar bunlardır:

1. Vyaçeslav Volodin, Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini;

2. General-polkovnik Volodimir Şamanov, Rusiya ordusunun komandiri;

3. Volodimir Pliqin, Rusiya Dövlət Duması Konstitusiya Komitəsini rəhbəri;

4. Pyotr Yaroş, Krım Federal Miqrasiya Xidmətinin rəhbəri vəzifəsini icra edən;

5. Oleq Kozyura, Sevastopol Federal Miqrasiya Xidmətinin rəhbəri vəzifəsini icra edən;

6. Vyaçeslav Ponomoryov, Slavyanskda özünü özbaşına mer elan edib;

7. İqor Bezler, Qorlovkadakı silahlı qruplaşmanın liderlərindən biri;

8. İqor Kakidzyanov, qondarma “Donetsk xalq respublikası”nın silahlı qruplaşmasının liderlərindən biri;

9. Oleq Tsarev, Ukrayna Ali Radasının deputatı, “Novorossiyski Federativ Respublikası” yaradılmasına çağırış edib;

10. Aleksandr Malıxin, “Luqanski Xalq Respublikası” Mərkəzi Seçki Komissiyasının sədri;

11. Roman Lyaqin, “Donetsk Xalq Respublikası” Mərkəzi Seçki Komissiyasının sədri;

12. Natalya Polonskaya, Krımın prokuroru;

13. İqor Şevçenko, Sevastopolun prokuroru vəzifəsinin icra edən.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi