Federal Təhlükəsizlik Ximətinin Sankt-Peterburqdakı binasının qarşısında rusiyalı fəallar qanlı etiraz aksiyası keçiriblər. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, aksiya iştirakçıları Rusiyanın Ukrayna ilə bağlı siyasətinə etiraz bildiriblər. “Siniy Vsadnik” - “Göy atlı”) art-qrupunun üzvləri Ukrayna bayrağı qarşısında diz çökərək qanla əl-üzlərini yuyublar. Aksiya diqqətdən yayınmayıb. Mühafizə polisi çağırıb və bu perfomansın əsas iştirakçısı saxlanılıb.
Qeyd edək ki, sankt-peterburqlular ukraynalıları birinci dəfə dəstəkləmirlər. mayın 1-də Rusiyanın mədəniyyət mərkəzində mindən çox adam Ukraynanı dəstəkləmək məqsədilə küçələrə çıxıb.
Modern.az