Modern.az

Pərviz Həşimlinin prosesində sabah vəkil çıxış edəcək

Pərviz Həşimlinin prosesində sabah vəkil çıxış edəcək

13 May 2014, 16:39


Sabah Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək. Pərviz Həşimlinin vəkili Fariz Namazovun Modern.az-a verdiyi məlumata görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Təvəkkül Qurbanovun vəkili çıxış edəcək.

Qeyd edək ki, hər iki şəxs ötən il sentyabrın 17-də tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda günahkar bilir. Mayın 12-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Pərviz Həşimliyə 9 il həbs cəzası verilməsini təklif edib.

 

Gültəkin ƏLƏSGƏR

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı