Modern.az

Türkiyədə ölənlərin sayı 201 oldu

Türkiyədə ölənlərin sayı 201 oldu

14 May 2014, 07:42

Türkiyədə mədən qəzasında ölənlərin sayı 201 nəfərə çatıb. ANS PRESS-in xəbərinə görə, bu barədə məlumatı enarji və təbii srvətlər naziri Taner Yıldız verib.

Xilasetmə işlərinin sürətlə davam etdiyini deyən Yıldız keçən vaxtın mədəndə qalan fəhlələrin əleyhində işlədiyini bildirib. Jurnalistlərin, hadisədə səhlənkarlıq olub-olmaması barədə suallarına cavab verən nazir, bu barədə danışmağın tez olduğunu qeyd edib. Taner Yıldız həmçinin səhlənkarlıq olacağı təqdirdə məsul şəxslərə qarşı müvafiq addımların atılacağını deyib. 

Nazir Taner Yıldız ən böyük qorxularının ölü sayının çoxalması olduğunu vurğulayıb. 



05.58


Türkiyədə mədən qəzasında ölənlərin sayı 166 nəfərə çatıb. ANS PRESS-in verdiyi xəbərə görə, bu barədə Türkiyənin Enerji və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib. Mədəndə axtarış və xilasetmə işlərinin hazırda da davam etdiyini deyən Yıldız daha 80 nəfərin xəsarət aldığını, onlardan 4 nəfərin vəziyyətinin ağır olduğunu bildirib. Nazir ölü sayının çoxalacağını istisna etməyib. 

Xatırladaq ki, ötən gün Türkiyə Manisa vilayətinin Soma rayonundakı özəl kömür mədənində partlayış baş verib. Partlayışa mədəndəki elektrik trasfarmatorunda yarnmış qısaqapanmanın səbəb olduğu bildirilir. Qəza, növbə dəyişimi vaxtı baş verdiyindən hadisə zamanı mədəndə iki qat çox fəhlə olub. Onların karbon monoksid qazından zəhərləndikləri bildirilir. 

Qeyd edək ki, trasfarmatorun yanması nəticəsində mədəndə elektrik enerjisi kəsildiyindən xilasedicilər böyük çətinliklərlə üzləşiblər.

 

 

 

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi