Modern.az

Baş Prokurorluğun yeni saytı yaradılacaq

Baş Prokurorluğun yeni saytı yaradılacaq

18 İyun 2010, 13:18

Azərbaycan Respublikası Baş Prokurorluğunun veb-saytının yeni versiyası hazırlanacaq. Modern.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Yeni saytın daha məzmunlu və informativ olması üçün Baş Prokurorluq sorğu keçirir. Qurumun hazırki saytında keçirilən sorğuda internet istifadəçilərindən hazırlanması nəzərdə tutulan yeni veb-səhifə ilə bağlı arzu və təkliflərini bildirmək xahiş olunur.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI