Modern.az

Partlayan mədəndə hələ 400-ə qədər işçi qalır - Ölü sayı artacaq

Partlayan mədəndə hələ 400-ə qədər işçi qalır - Ölü sayı artacaq

14 May 2014, 12:25

Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki kömür mədənində baş verən faciədə hələ də çıxarılmağı gözləyən 350-400 işçi olduğu bildirilir. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu bağlı axtarış-xilasetmə işlərinə qatılan mədən işçisi Sami Qılınc deyib:

“İçəridə yanğın hələ davam edir. Girilməyən pannolar var. O pannolarda 350-400 adamın olduğu təxmin edilir”.

9 ildir mədəndə çalışdığını qeyd edən Qılınc daha əvvəl belə bir vəziyyətlə qarşılaşmadığını söyləyib. Bu cür qəzalara qarşı təlimatlandırıldıqlarını bildirən Sami Qılıncın sözlərinə görə, işçilərin maskası olsa da, xilas olmaları çətindir: “Panno partlayanda elektrik olmur, elektrik olmayanda ventilyatorlar çalışmadığı təqdirdə hava axını kəsilir. Hava axını kəsilincə, həyat ehtimalı da kəsilir. Maska ilə 45 dəqiqədə təmiz havaya çıxmaq üçün təlimatlar almışıq. Kilometr yarım yolu 45 dəqiqəyə çıxa bilməzsən”.

Qılınc xilasetmə işlərinə qatıldığı mədəndən 80 cəsəd çıxardığını deyib: “Cəsədlər ayrı-ayrı yerdə idi, 4-5 adam bir yerdə, 10 adam bir yerdə. Girilməyən partlama olan yerdə çoxlu mədənçi ola bilər”.

Qeyd edək ki, indiki məlumata görə, faciə nəticəsində 201 adam ölüm, 80 nəfərdən çox adam yaralı olaraq xilas edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi