Modern.az

Soma mədənindən meyitlərin çıxarılması bərpa olundu, ölü sayı artdı - 283

Soma mədənindən meyitlərin çıxarılması bərpa olundu, ölü sayı artdı - 283

15 May 2014, 22:26



Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki kömür mədənində baş verən faciə qurbanlarının meyitlərinin çıxarılması prosesi yenidən bərpa olunub.
Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, mədəndə bu gün səhər saatlarında başlayan yanğın söndürüldükdən sonar xilasedicilər yerli vaxtla saat 18:25-0də yenidən əraziyə eniblər. Türkiyənin enerji naziri Taner Yıldız isə saat 20:08-də daha bir işçinin meytinin mədəndən çıxarıldığını bildirib.
Beləliklə də indiyədək meyiti tapılan mədən işçilərinin sayı 283-ə çatıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi