Modern.az

Putinin qızının əri ilə ilk şəkli yayıldı - İDDİA

Putinin qızının əri ilə ilk şəkli yayıldı - İDDİA

16 May 2014, 12:17



Rusiya prezidenti Vladimir Putinin ailə sirləri elə qorunur ki, yerli və xarici mətbuatdakı müəyyən ehtimallar həmişə ciddi maraq doğurur. Məsələn, onun qızlarının şəxsi həyatı ilə bağlı heç bir dəqiq məlumat əldə etmək mümkün deyil. Qızların hətta harada yaşadıqları da bilinmir. Putin ötən il 30 il birgə yaşadığı həyat yoldaşı Lyudmila Putinanı boşadıqdan sonra da qızlar ortaya çıxmadılar.

Ancaq bəzi məlumatlarda Putinin qızlarının hətta sevgililərinin olduğu da iddia edilirdi. Bu məlumatlardan birində qeyd edilirdi ki, qızlardan biri Yekatirina Cənubi Korayadan olan Yun Djun Vona nişanlıdır. 2013-cü ilin sonlarında isə onların toylarının olduğu haqda da məlumat yayıldı. Rusiya mətbuatında bu məlumatı təsdiqləyəcək nə bir məlumat, nə də hansısa gorüntü yayımlandı. Bunu bəlkə prezident Putinin Rusiya KİV-ləri üzərində ciddi basqısının olması ilə də əlaqələndirmək olar.

Modern.az saytı xəbər verir ki, xarici mətbuat vasitələrindən birində Putinin qızı Katerina ilə evləndiyi bildirilən Yun Djun Vonla birgə fotosu yayılıb. İdida edilir ki, bu şəkildəki Putininq qızı, yanındakı  isə onun əridir.

Qeyd edək ki, bəzən mediada Putinin qızlarının əvəzinə başqa şəxslərin fotoları yayılır, ona görə biz də bu fotodakı qızın həqiqətən Putinin qızı olduğunu iddia etmirik.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi