Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki kömür mədənində baş verən faciə zamanı bu ana qədər açıqlanan insan itkisinin sayı 284 nəfərdir. Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, enerji naziri Taner Yıldız az əvvəl çox kritik bir açıqlama verib. O, həyatını itirən işçi sayının maksimum 301-302 olacağını söyləyib: “Bəzi işçilərimizin növbədən çıxdıqdan sonra yenidən xilasetmə işləri üçün yenidən aşağıya endiyini düşünürük. Bu səbəbdən 2-3 adamda tərəddüdümüz var. Bu anda mədən ocağında qalan işçilərin 18-dən daha çox olmadığını düşünürük. 19 ailə içəridə yaxınım var deyə müraciət edib. Mədənin künc-bucağı axtarılacaq, ailələrin müraciətləri ilə müqayisə ediləcək”.
Modern.az