Modern.az

Azərbaycan ABŞ-da lobbiçiliyə ən çox pul xərcləyən 10-cu ölkədir - SİYAHI

Azərbaycan ABŞ-da lobbiçiliyə ən çox pul xərcləyən 10-cu ölkədir - SİYAHI

16 May 2014, 15:01

Amerika qanunverici orqanlarında şəffaflığın təmin olunması ilə bağlı analizlər aparan “Sunlight Foundation” təşkilatı Konqresdə lobbiçilyə ən çox pul ayıran ölkələrin siyahısını dərc edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Azərbaycan bu siyahıda 10-cu pillədə qərarlaşıb. İl ərzində Azərbaycan lobbiçillik fəaliyyətinə 2,3 milyon dollar vəsait xərcləyib.

Siyahının ilk pilləsini tutan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz maraqlarının Konqresdə təmin olunması üçün 14,2 milyon dollar vəsait ayırıb. “Sunlight Foundation” təşkilatının məlumatlarına görə, BƏƏ-nin əsas vəsaiti amerikalı jurnalistlərlə əlaqə yaradaraq İrana qarşı sanksiyaların tətbiq olunmasına yönəldib.

“Onluq”da 2-ci pilləni tutan Almaniya qanunvericilərlə Almaniya ərazisindəki ABŞ hərbi bazaları ilə bağlı məsələləri, 3-cü pilləni tutan Kanada isə konqresmenlərlə “iki tərəfli münasibətlərin inkişaf etdirilməsini” müzakirə etmək məqsədilə vəsaitlər xərcləyib.

Modern.az Konqresdə lobbiçiliyə ən çox pul xərcləyən ilk 10 dövləti təqdim edir.

  1. Birləşmiş Ərəb Əmirlikləri – 14,2 milyon dollar
  2. Almaniya – 12 milyon dollar
  3. Kanada – 11,2 milyon dollar
  4. Səudiyyə Ərəbistanı – 11,1 milyon dollar
  5. Meksika – 6,1 milyon dollar
  6. Mərakeş – 4 milyon dollar
  7. Cənubi Koreya – 3,9 milyon dollar
  8. Bosniya – 2,4 milyon dollar
  9. Gürcüstan – 2,3 milyon dollar
  10. Azərbaycan – 2,3 milyon dollar

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu