
FİFA prezidenti Yozef Blatter 2022-ci il dünya çempionatının Qətərdə keçirilməsi ilə bağlı qurumun qərarını səhv adlandırıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, FİFA-nın iclası zamanı çıxış edən Blatter yay aylarının Qətərdə isti keçməsini əsas səbəb kimi göstərib:
“Qətər təşkilat komitəsi öz hesabatında qeyd etmişdi ki, yayda onların ölkəsində havalar çox isit keçir. Lakin FİFA buna əhəmiyyət vermədi və böyük səs çoxluğu ilə dünya çempionatının Qətərdə keçiriləmsinə səs verdi”.
Xatırladaq ki, Qətər 2010-cu il dekabrın 10-da Sürix şəhərində keçirilən səsvermədə futbol üzrə 2022-ci il dünya çempionatına ev sahibliyi etmək hüquq qazanıb. Lakin sonradan müəyyən olunub ki, iyun-iyul aylarında Qətərdə havanın hərarəti futbolçuların sağlamlığına böyük təhlükə törədir. Alternativ yol olaraq oyunların 2023-cü ilin qışında keçirilməsi tövsiyə olunsa da, ölkə çempionatlarının keçirildiyi bu aylarda klublar böyük maliyyə itkisi ilə üzləşməli olacağından təklif rədd olunub. Dünya çempionatının Qətərdə keçirilib-keçirilməyəcəyi ilə bağlı son qərar 2015-ci ilin martında veriləcək.
Vüqar İsmayılov