Modern.az

Ukraynada hüquq-mühafizə orqanlarının 21 əməkdaşı ölüb

Ukraynada hüquq-mühafizə orqanlarının 21 əməkdaşı ölüb

16 May 2014, 22:32



Bu vaxtadək Ukraynanın şimal-şərqində keçirilən antiterror əməliyyatı zamanı hüquq-mühafizə orqanları 21 əməkdaşını itirib.
Bu barədə UNİAN agentliyinə Ukrayna DİN-dənki mənbə bildirib. Məlumatda deyilir ki, əməliyyatlar zamanı 65 nəfər xəsarət alıb, 2 Silahlı Qüvvələrin əsgəri itkin düşüb. Yaralananların 29-u Təhlükəsizlik Xidmətinin əməkdaşı, 27-si isə əsgərdir. Ukraynanın güc strukturları ən çox itgini Kramatorsk şəhərində baş verən döyüşlərdə verib. Pusquya düşən güc strukturları yeddi əməkdaşını itirib.

Günəş Fərhadlı

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi