Laosda göyərtəsində ölkənin yüksək rütbəli şəxslərinin, o cümlədən iki nazirin olduğu AN-74 təyyarəsi qəzaya uğrayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, uçuş zolağına 4 kilometr qalmış yerə çırpılan təyyarədə olan 18 nəfərdən yalnız 3-ü sağ qalıb. Təyyarənin göyərtəsində Laosun müdafiə və ictimai təhlükəsizlik nazirləri paytaxt Vyentyanın meri, hökumət dəftərxanasının rəis müavini, mədəniyyət nazirinin müavini və s. vəzifəli şəxslər olublar. Onlar Laos Xalq Ordusunun yaranmasının növbəti ildönümü ilə bağlı hərbi paradda iştirak etmək üçün Sienkuanq vilayətinə səfər edirdilər.
Xatırladaq ki. Ukraynanın “Antonov” zavodunda istehsal edilən AN-74 təyyarəsini Laos hakimiyyəti yenicə almışdı. Təyyarə yüksək vəzifəli şəxslərin səfərləri üçün Ukraynadan alınmışdı.