Mayın 16-da dünyanın ən nüfuzlu kino hadisələrindən sayılan Kann kinofestivalında qalmaqal yaşanıb. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Əjdahanı necə əhilləşdirmək 2” adlı animasiya filminin təqdimatı zamanı Ukraynanın “1+1” telekanalının əməkdaşı Vitali Sedyuk animasiya filminin səsləndirilməsində iştirak etmiş aktrisa Amerika Ferreranın ətəyinin altına başını soxmağa cəhd edib və bu onda alınıb. Özünü itimiş aktrisa hadisədən təəccübünü gizlədə bilməyib. Yaxınlıqda olan təhlükəsizlik əməkdaşlarının köməyi ilə Sedyuk saxlanılıb və Fransa polisinə təhvil verilib.