Modern.az

Səməd Seyidovdan Riçard Morninqstara ETİRAZ: “Azərbaycanı başqa ölkələrlə üz-üzə qoymaq qəbulolunmazdır”

Səməd Seyidovdan Riçard Morninqstara ETİRAZ: “Azərbaycanı başqa ölkələrlə üz-üzə qoymaq qəbulolunmazdır”

17 May 2014, 19:32

“Amerika səfirinin Azərbaycan hakimiyyətini tənqid edərək, hökumətimiz haqqında “monolit deyil” fikrini səsələndirməsi mənim üçün qəbuledilməzdir”. Bu sözləri Modern.az saytına açıqlmasında millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov ABŞ-ın Bakıdakı diplomatik korpusunun rəhbəri Riçard Morninqstarın “Azadlıq” radiosuna müsahibəni şərh edərkən bildirib.

Səməd Seyidovun sözlərinə görə, Azərbaycanın bugünkü uğurları və onun dünyada yüksək səviyyədə yer tutması ən əsası iki amillə bağlıdır.
”Birincisi Heydər Əliyevin bizə qoyub getdiyi Azərbaycandır ki, bu gün də onun davamçısı cənab prezident həmin siyasəti çox uğurla aparır. Azərbaycan hazırda çox güclü və məntiqli siyasəti nəticəsində dünyaya güclü tellərlə bağlıdır, bunu isə prezidentin uzaqgörənliyi sayəsində əldə etmişik.
İkincisi isə siyasətin, uğurlarımızın yüksək səviyyədə özünü göstərməsi, ölkəmizdə ziddiyətlərin olmaması ilə bağlıdır. Bu gün əldə olunan uğurlar birliymizin və bütövlüyümüzün göstəricisidir. Biz Azərbaycanın maraqlarını heç bir ölkənin maraqlarına aşılaya bilmərik, öncə ölkəmizin maraqlarını düşünməliyik. Qonşu ölkələrdə yaşanan ziddiyətlərin sonda nəyə gətirib çıxardığının hər birimiz şahidi olduq.
Bəli, Amerika böyük dövlətdir, güclüdür, dünyaya təsir edəcək qüvvəyə malikdir, amma bu təsirlərin nə formada olması bizim ölkəmizdə də çox ciddi təhlil olunmalıdır. Düşünürəm ki, Azərbaycanı başqa ölkələrlə üz-üzə qoymaq, qonşuluq siyasətinə hansısa bir xələl gətimək heç cür qəbulolunmazdır”.

Azərbaycan-ABŞ dostluq qrupunun sədri kimi Vaşinqtonda etdiyi çıxışlardan danışan millət vəkili bildirib ki, ABŞ-ın vaxtilə Dağlıq Qarabağa münasibəti obyektiv olsaydı, ölkəmizin maraqları ilə üst-üstə düşsəydi, bəlkə də bu gün nə Gürcüstanda, nə də Ukraynada belə münaqişələr yaşanmazdı.

”Amma o vaxt bu münaqişə başlayanda heç bir reaksiya vermədilər, ümumi sözlərdən başqa heç bir fikir bidirmədilər. İndi isə başa düşürlər ki, Azərbaycanın mövqeyi düzgün mövqedir və hazırda əsas hədəflərimizdən biri də bütün qonşu ölkələrlə münasibətləri qurmaq, bu istiqamətdə inkişaf etdirməkdir. Bu nöqteyi-nəzərdən hansısa ölkələri üz-üzə qoymaq düzgün deyil, deyə düşünürəm.
Bu gün Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrlik etməsi, prezident tərəfindən insan haqları ilə bağlı xüsusi işçi planının qəbul edilməsi, BMT Təhlükəsizlik Şurasında sədrlik etməyimiz demokratik aləmə xeyir gətirmirmi? Bunu görməmək və bu haqda danışmamaq günah olardı” deyə millət vəkili vurğulayıb.

Pərvin Arzuqızı

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi