Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki mədən faciəsində axtarış-qurtarma işləri sona çatıb. Modern.az saytı “Hürriyət” qəzetinə istuinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız bildirib.
Onun sözlərinə görə, şaxtada qalan son iki fəhlənin cansız bədəni də tapılaraq çıxarılıb. Bununla da Somadakı mədən faciəsində həyatını itirən işçi sayı 301-ə çatıb. 485 işçi isə faciədən canlı olaraq xilas olub
Qeyd edək ki, bu hadisə Türkiyənin indiyə qədər yaşadığı ən böyük mədən faciəsi olaraq tarixə düşdü.
Modern.az