Kolumbiyanın Fundacion şəhərində bir avtobusda baş verən yanğın nəticəsində ordakı 32 uşaq həyatını itirib.
Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, polis rəisi Adan Leon bildirib ki, avtobusda olanlardan 50-si 14 yaşından kiçik uşaqlardır. Qəzada 18 adamın yaralandığı, 32 uşağın isə yanaraq öldüyü qeyd edilib.
Leon açıqlamasında bildirib ki, yanan avtobus normal şərtlərdə 38 nəfərlik olsa da, qəza zamanı avtobusda ən az 50 adam olub. O, eyni zamanda yanan avtobusun bir kilsə mərasimindən qayıdarkən alovlandığını qeyd edib. Hadisə ilə bağlı istintaqın da başlanıldığı, Kolumbiya prezidenti Juan Manuel Santosun da qəza səbəbiylə Fundacion şəhərinə gedəcəyi bildirilib.
Misranə Həsənzadə