Modern.az

Seçkini pozmaq üçün Ukraynaya çeçenlər gətirilir

Seçkini pozmaq üçün Ukraynaya çeçenlər gətirilir

19 May 2014, 12:59

Luqansk vilayətində mayın 25-inə planlaşdırılan prezident seçkilərini pozmaq üçün bölgəyə 2500 çeçen döyüşçüsü gətirilib. Modern.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, iddilara görə bu, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə “Terek” xüsusi təyinatlı çevik polis dəstələridir. Luqansk vilayəti Mərkəzi Seçki Komissiyasının üzvü Boqdan Bondarenko vilayətin şimalı istisna olmaqla digər ərazilərində seçki keçirməyin mümükün olmayacağını vurğulayıb:

“Əgər təhlükəsizlik təmin edilməsə seçkiləri kerçirmək qeyri-mümkün olacaq. Təsəvvür edə bilmirəm, bülleten dolu yük maşınları necə vilayətə daxil ola biləcək. Rusların əsas məqəsdi seçkiləri pozmaqdır”.

Bundan öncə, Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinov Luqans və Donetsk vilayətlərində təhlükəsizlik orqanlarının və milisin faktiki olaraq mövcud olmadığını etiraf etmişdi: “Donetsk və Luqansk vilayətlərində faktiki olaraq Təhlükəsizlik Xidməti və milis mövcud deyil. Bu sistemi tam şəkildə bərpa etməyə ehtiyac var. Bu çətin şəraitdə işləmək istəyənlər elə də çox deyil. İnsanları zorla rayon, yaxud vilayət milisinə rəhbər qoymaq olmaz”.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi