Modern.az

“Xaç Atası”nı çəkən operator vəfat etdi

“Xaç Atası”nı çəkən operator vəfat etdi

19 May 2014, 14:04

 “Xaç atası” trilogiyasının, Vudi Allen filmlərinin operatoru olan 82 yaşlı Qordon Uillis dünyasını dəyişib. 2 dəfə “Oskar” nominatı olan Uillis rejissor Alan Cey Pakula və Vudi Allenin əksər filmlərinin çəkilişində iştirak edib. 1931-ci ildə Nyu-Yorkda anadan olan gələcək kino xadimi 44 filmdə operatorluq edib. 1971-ci ildə Qordon Uillis rejissor Frensis Ford Koppola ilə tanış olur və  bu tanışlıq Amerika kinomatoqrafiyasının simasını dəyişən “Xaç atası” filminin çəkilişləri ilə nəticələnir. Sonradan “Xaç atası” trilogiyasının hər üç hissəsində operatorluq edən Ullis kinomatoqrafa yeni vizual təbillik gətirmişdi.  1980-ci ildə uğursuzluqla nəticələnən yeganə rejissor işi “Pəncərə” filmini çəkir. Bundan sonra kino aləmindən uzaqlaşan Qordon Uillis 2009-cu ildə “Kinomatoqrafiya qarşsıında xidmətlərinə görə” fəxri Oskarla mükafatlandırılır. 

  Vüqar İsmayılov  
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi