Rəsmi Kiyev nahaq yerə Belarus prezidenti Aleksandr Lukaşenkoya inanıb, guya Belarus sərhədindən Ukrayna üçün təhlükə gözlənilmir. Lukaşenko Rusiya prezidentinin quludur və Rusiya ordusu birbaşa hücuma keçsə ona tabe olacaq. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Belarus Ali Sovetinin keçmiş sədri, SSRİ-nin varlığına son qoyan Belovejsk müqaviləsini imzalayanlardan biri Stanislav Şuşkeviç bəyan edib: “Əgər Rusiya Ukraynaya açıq şəkildə hücum edərsə, Belarus tamamilə Kremlin tərəfində olacaq, ona görə ki, Lukaşenko Putinin quludur və müstəqil heç nəyi həll etmir. Mən Turçinovun Lukaqşenkoya etibar etməsinə çox heyfsilənirəm. O bunu əbəs yerə edib. Lukaşenko anadan olanan bu günə qədər yalan danışır”.
Siyasətçinin fikrincə, Rusiya liderinin ordunun Ukrayna sərhədindən geri çəkməsi ilə bağlı bəyanatı heç də Putinin Donetsk və Luqansk vilayətlərinin birbaşa işğalı niyyətindən vaz keçməsi deyil.
Modern.az