33 yaşlı amerikalı qadın Meqan Lezerman nailiyyəti ilə bütün dünyanın diqqətini özünə cəlb edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bütün hamiləliyi dövründə ağır şəkili ştanqalar qaldıran qadın mayın 1-də rekord çəkidə (97 kiloqram) ağırılıq qaldırıb. Bundan 2 gün sonra isə Lezermanın qız övladı dünyaya gəlib. 3,1 kiloqramlıq Flores Jermenin tamamilə sağlam olduğu bildirilir. Meqan Lezerman doğuşdan sonra bir qədər istirahət etmək istədiyini bildirsə də, tezliklə marafon qaçışlarında iştirak edəcəyini xəbər verib.
Modern.az