Mayın 20-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Modern.az saytı xəbər verir ki, iclasda Fondun icraçı direktoru Vüqar Səfəli milli mətbuatın yaranmasının 139-cu il dönümü ilə əlaqədar keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi üçün 10 istiqamət və hər istiqamət üzrə 3 mövzunun müəyyənləşdirildiyini qeyd edib. Təklif olunan mövzular Müşahidə Şurasının üzvləri, qəzet redaksiyaları və jurnalist təşkilatları tərəfindən müəyyənləşdirilib. Mövzularla bağlı təkliflər Müşahidə Şurasının üzvlərinə təqdim edilib.
Təqdim olunan mövzular müzakirə olunduqdan sonra Müşahidə Şurasının üzvləri 10 istiqamət üzrə 30 mövzunu müəyyənləşdiriblər. Müşahidə şurasının üzvləri 30 qalib jurnalist üçün 1000 AZN, 10 həvəsləndirici yeri tutanlar üçün isə 300 AZN məbləğində mükafatların verilməsi barədə qərar qəbul ediblər.
Gündəlikdə duran ikinci məsələ KİV-lərə maliyyə yardımı müsabiqəsi qaydalarına və fərdi jurnalist yazıları müsabiqəsi qaydalarına təklif olunan dəyişikliklərin müzakirəsi olub. Məsələyə Şura üzvləri tərəfindən baxıldıqdan sonra qaydalara müvafiq dəyişikliklərin edilməsi barədə qərar qəbul edilib.
Yazıların qəbulu 20 may 2014-cü il tarixində başlayır, 10 iyul 2014-cü il tarixdə başa çatır (10.07.2014 yazıları təqdim etmək üçün sonuncu tarixdir).
Beləliklə KİVDF aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edib:
№ | İstiqamətin adı | Təklif olunan mövzular |
1. | Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi | 1. Hüquqi dövlət quruculuğunda media amili 2. Media azadlığı media məsuliyyəti fonunda 3. Azərbaycan jurnalistikası inkişaf yolunda |
2. | İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması | 1. İnsan amilinə verilən dəyər, məmur-vətəndaş münasibətlərində yenilik: «ASAN xidmət» 2. Vətəndaş hüquqlarının təmin olunması dövlət siyasətinin əsas meyarıdır 3. Azərbaycan demokratik, plüralizm cəmiyyətinin formalaşdığı, bəşəri dəyərlərin inkişaf etdirildiyi ölkədir |
3. | Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi | 1. Azərbaycanın hücum diplomatiyasında Qarabağ reallıqları 2. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin digər beynəlxalq münaqişələrdən fərqli və oxşar cəhətləri 3. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlara qarşı barışmaz mövqeyinə sadiqdir |
4. | Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi | 1. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir 2. Xarici siyasətimizin əsas prinsipləri: Əməkdaşlıq, dostluq, daxili işə müdaxilə etməmək 3. Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib |
5. | Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması | 1. Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi əsas prioritetdir 2. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir 3. Qaçqınların, şəhid ailələrinin mənzil problemlərinin həlli ümdə məsələdir |
6. | Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği | 1. Milli adət və ənənələr mənəvi dəyərlər sistemində 2. Azərbaycan xalqının təşəkkülündə dövlətçilik ənənələri 3. Hər bir xalqı dünyada tanıdan onun mədəniyyəti, elmi və milli dəyərləridir |
7. | İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi | 1. Ölkə ərazisi genişzolaqlı internetlə təmin olunur 2. Dünya kosmik klubunun yeni üzvü - Azərbaycan 3. İnformasiyalı dövlət quruculuğu müasir dövrün tələbidir |
8. | Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi | 1. Azərbaycan dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir 2. Dini maarifləndirmə işi daimi proses kimi 3. Azərbaycanın tolerantlıq təcrübəsi dünyada təbliğ olunur |
9. | Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi | 1. Qeyri-neft sektorunun inkişafında sahibkarlığın rolu artır 2. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası: Yeni hədəflərə çağırış 3. İqtisadiyyatın şaxələndirilməsi prioritet vəzifələrdəndir |
10. | Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi | 1. Milli mənlik şüurunun inkişaf etdirilməsində əxlaqi meyarlar 2. Vətənpərvərlik insanın daxili zənginliyidir 3. Dövlət maraqlarının müdafiəsində vətəndaş təəssübkeşliyi |
Modern.az