Modern.az

Milli Məclisdə erməni işğalının nəticələri barədə qanun layihəsi hazırlanır

Milli Məclisdə erməni işğalının nəticələri barədə qanun layihəsi hazırlanır

21 May 2014, 11:54

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına dəyən ziyanın qiymətləndirilməsi ilə bağlı qanun layihəsi hazırlanır. Bu barədə Modern.az-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

Deputatın sözlərinə görə, hazırda komitənin işçi qrupu “Qiymətləndirmə haqqında” qanun layihəsi üzərində işləyir.

“Deputat Xanhüseyn Kazımlı və mənim təşəbbüsümlə hazırlanan layihə Ermənistanın işğal etdiyi Azərbaycanın torpaqlarına dəyən ziyanın qiymətləndirilməsi ilə bağlıdır. Bundan başqa qanunda sığorta hadisələrinin qiymətləndirilməsi, ümumiyyətlə qiymətləndirmə ilə əlaqədar bazarda cəmiyyətlərin yaradılması və s. alternativ variantlardan istifadə edilməsi nəzərdə tutulur. ”

Qanunun Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...