Modern.az

Sankt-Peterburqda iki azərbaycanlı bir azərbaycanlını oğurlayıb

Sankt-Peterburqda iki azərbaycanlı bir azərbaycanlını oğurlayıb

21 May 2014, 13:06

Mayın 19-da gecədən keçmiş Sankt-Peterburqun Zaqrebski bulvarında iki cinayətkar bir Azərbaycan vətəndaşını ondan haqq almaq məqsədilə naməlum istiqamətə aparıblar. Modern.az Rusiya mətbuatına istinadən bildirir ki,  hadisə ilə bağlı yoxa çıxan azərbaycanlının otaq yoldaşı hüquq-mühafizə orqanlarına məlumat verib. Ancaq ayın 20-də günorta saatlarında girov götürülən şəxs evinə qayıdıb. Polis hadisə ilə bağlı iki Azərbaycan vətəndaşını saxlayıb. Oğurlanan və hadisəni törədənlərin adları açıqlanmır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi