Modern.az

Suriyada tanınmış səhra komandiri Şişani öldürülüb

Suriyada tanınmış səhra komandiri Şişani öldürülüb

21 May 2014, 14:15


Modern.az
saytı Fars agentliyinə (İran) istinadən xəbər verir ki, Suriyada hökumət qüvvələri ilə vuruşan İraq-Şam İslam Dövləti (İŞİD) adlı qruplaşmasının səhra komandirlərindən olan Əbu Ömər Şişani öldürülüb. Onun “Nusra Cəbhəsi” ilə döyüşdə həlak olduğu bildirilir.

Qeyd edək ki, Əbu Ömər Şişani kimi tanınan bu muzdlu döyüşçünün əsl adı Tarxan Baturaşvilidir. Milliyyətçə çeçen (kişti) olan Şişani Gürcüstan (Pankisi dərəsi) vətəndaşı olub. Ötən əsrin sonlarında rus-çeçen müharibəsində iştirak edən T. Baturaşvili 2010-cu ilin sentyabrında qanunsuz silah saxlamada ittiham edilərək Gürcüstanda 3 il müddətinə həbsə məhkum edilib. 16 ay həbs çəkdikdən sonra 2012-ci ildə ölkəni tərk edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi