Modern.az

Jurnalist Aida Eyvazova Nüsrət Kəsəmənlidən yazdı: “O, bir şair kimi də unudulub”

Jurnalist Aida Eyvazova Nüsrət Kəsəmənlidən yazdı: “O, bir şair kimi də unudulub”

21 May 2014, 16:16

“Şair dostumuz Faiq Balabəylinin Facebook səhifəsində yerləşdirdiyi yazısını oxudum. Hamımızın, bütün qələm adamlarının sevdiyi, bütün gənclərin, sevənlərin, ayrılanların dilinin əzbəri olan Nüsrət Kəsəmənlidən yazmışdı. Nüsrət Kəsəmənlinin qəbrini ziyarət edib. Ziyarətin qəbul olsun qardaş. Nə yaxşı ki, gedib sevindirdin məhəbbət, nəğmə şairimizin ruhunu”.

Modern.az-ın məlumatına görə, bunu tanınmış jurnalist Aida Eyvazova son günlər oğlanları mətbuatın gündəmindən düşməyən mərhum şair Nüsrət Kəsəmənli haqda xatirələrini bölüşərkən yazıb.

- Biz hamımız onun şeirləri ilə böyümüşük. Mən də bütün şeirlərini əzbər bilirəm. Şeirdə, ədəbiyyatda bəxtli, həyatda bəxtsiz Nüsrət Kəsəmənlinin yeri şairlərin yanında görünür. Yeri dostu Sabir Rüstəmxanlının yanında görünür. Məzarlara quluq edənlər deyib ki, Sabir Rüstəmxanlı gəlir məzarını yoluxmağa. Onlar dost idilər. Özü də ki, çox mehriban dost. Əslində Sabir Rüstəmxanlını yaxından izləyəndə görürsən ki, daha poeziya gecələri keçirilmir, poeziya gecələrinə birgə gedərdilər Nüsrət Kəsəmənli ilə. Nüsrət Kəsəmənli şair kimi həm də unudulub. Ölümündən sonra heç onun doğum günü, ölüm günü tarixləri qeyd oluinmadı. Ölümündən sonra onun küllliyyatı çap edilmədi. Rəsmi mənada unuduldu, mənəvi mənada unudulmadı. Nürət Kəsəmənli sevərlər yaxşı xatırlayırlar. Məşhur bir şeri var idi: “Dəli bir ağlamaq keçir könlümdən”

“...Çoxdan qəbristana düşməyir yolum,
O tənha məzarı ot basıb bəlkə.
Mənim soyuqluğum laqeydliyim
Onun sinəsinə od basıb bəlkə.
Bir daş var gözümün yaşına həsrət,
Dayanıb o giley heykəli kimi.
Əlim torpağına, daşına həsrət,
Yıxılıb üstünə mən dəli kimi
ağlayam gərək.
O tənha məzarı torpaqdan üzüb
Ovcumun içində saxlayam gərək.
Şöhrətin üstünə yürüdükcə mən
İstəklər, arzular köçür könlümdən.
Sevgi dumanına büründükcə mən
Dəli bir ağlamaq keçir könlümdən.”

Dahi şairlər Tanrının bir zərrəsidir. Tanrının zərrəsi olan Nüsrət Kəsəmənli də taleyini yazırdı, gələcəyini yazırdı. Bu şeiri yazanda da görünür Tanrısi ilə söhbət edirmiş. Elə bil bilirdi ki, onun da məzarı unudulacaq. Sonda həyatdan küsmüşdü. Yazırdı ki,

“Diz çöküb qarşında dua edirəm,
Ucalardan uca bilirəm səni!
Saxla bu ruhumu yanında Allah,
Bir də bu dünyaya gətirmə məni ”!!!.
Mən də sufi ruhuimla onu hiss edirəm ki, Nüsrət Kəsəmənlidən bir də olmayacaq. Tanrı bu dəfə onu eşirmişdi. Yerə insanlara məhəbbət paylamaq üçün göndərdiyi zərrəni, öz yanına çağırdı, apardı, apardı ki... bir də bu dünyaya gətirməsin.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi