Modern.az

7 yaşlı uşaq internatda döyülməsindən danışdı - VİDEO

7 yaşlı uşaq internatda döyülməsindən danışdı - VİDEO

21 May 2014, 21:31



Mayın 21-də YouTube portalında Suraxanı rayon 7 saylı xüsusi internat məktəbində müəllim tərəfindən döyüldüyü iddia olunan ikinci sinif şagirdi Nahid Cavadovun videosu yayılıb. Video portala mayın 21-də İlham Hüseynov adlı şəxs tərəfindən yüklənib.
Videogörüntülərdə gözlərinin altı qaralmış şagird, Afaq adlı müəllim tərəfindən taxta ilə döyüldüyünü bildirir. O, müəllimin ondan başqa daha iki şagirdi də döydüyünü iddia edir.

Halbuki, Daxili İşlər və Təhsil Nazirliyinin rəsmi açıqlamalarında bildirilir ki, uşağın bir neçə gün qabaq axşam saatlarında qaçarkən yıxılaraq alnından zədə alması və gözünün altındakı o qaraltıların da aldığı zədənin nəticəsində yarandığı qənaətinə gəlinib.   



Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi