Bu gün APA-TV-nin “Üç Valet” verilişində qonaq olan xalq artisti Aygün Kazımova maraqlı açıqlamalar verib. Lent.az-ın məlumatına görə, A.Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə 7 illik sevgi həyatından danışıb:
“Hamı bilir ki, Namiqlə böyük sevgimiz olub. Hamıdan üzr istəyirəm. Yeddi il bir yastığa baş qoymuşuq. Amma indi hansısa bir məqamlar görəndə nələrsə gözümün önündən keçir. Bəzən təəssüf edirəm. Nəyəsə görə peşman olmaq mənim xarakterimə uyğun deyil. Amma bəzi məqamlar adama təsir edir. Yenə də peşman deyiləm. Amma elə bilirəm ki, aldanmışam. Eyni adam məni yenə də aldada bilər. Xarakterim elədir ki, eyni insanlar məni yenə aldada bilər. Amma inamsız necə yaşamaq olar? Namiqə olan hislərim bir anda qırıldı. Mən düşünürdüm ki, Namiq mənim həyatımda sonuncu kişi idi. O mənim həyatımda olanda başqa kişilər barəsində heç yuxuda da fikirləşmirdim. Biz onunla küsülü olmamışıq. Salam-sağ olumuz olub. Amma Namiq indi maqazin proqramlarında gah nala, gah mıxa vurur. Namiq bəsdir, mən səni reklam elədim”.
Modern.az